Oyunun ən yaxşısı Harri Maquayr
Milli komandalar

Oyunun ən yaxşısı Harri Maquayr

  • 2021-06-29

Avro-2020-nin 1/8 finalında bir qədər əvvəl başa çatan İngiltərə - Almaniya matçının ən yaxşı oyunçusu məlum olub.

İngiltərə millisinin müdafiəçisi Harri Maquayr bu ada layiq görülüb. 2:0 hesabı ilə qalib gəldikləri görüşdə 90 dəqiqə meydanda olan futbolçu müdafiədə etibarlı oyunu ilə fərqlənib.


Qeyd edək ki, ingilislər bu qələbə ilə 1/4 finala yüksəlib.