İsveçrə millisindən 67 il sonra ilk
- 2021-06-29
İsveçrə millisi 67 il sonra ilk dəfə böyükmiqyaslı turnirlərin 1/4 finalına adlayıb.
Komanda buna Avro-2020-nin 1/8 finalında Fransaya qalib gəlməklə nail olub. Yığma matçın əsas və əlavə vaxtında 3:3 hesabı ilə heç-heçə etsə də, penaltilər seriyasında 5:4 hesablı qələbə qazanıb. Beləliklə, İsveçrə millisi 67 il sonra ilk dəfə qitə və ya dünya miqyaslı yarışların 1/4 finalına vəsiqə əldə edib.
Yığma son dəfə 1954-cü ildə dünya çempionatının 1/4 finalında mübarizə aparıb.
Qeyd edək ki, İsveçrə 1/4 finalda İspaniya ilə qarşılaşacaq. İyulun 2-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.