Vladimir Petkoviçin oyun sonu açıqlamaları
Milli komandalar

Vladimir Petkoviçin oyun sonu açıqlamaları

  • 2021-06-29

“Komandanın bu uğurundan qürur duyuram. Çox vaxtımız olmasa da, qələbəni qeyd edəcəyik. Əminəm ki, bu oyunumuzu təkrarlaya bilərik. Hər tənqidə, hər uğursuzluğa cavab verdik. İndi bu matçı unutmağa çalışacağıq və 1/4 finala hazırlaşmağa başlayacağıq".

Xarici KİV-lərə əsasən, bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Avro-2020-nin 1/8 finalında Fransaya qalib gəldikləri oyundan (3:3, penaltilər seriyası - 5:4) sonra deyib.

"Fransa kimi son dünya çempionununu 120 dəqiqə və penaltilər seriyasın yekununda mübarizədə kənarlaşdırdığımız üçün sevinirəm. Meydanda nələr etməli olduğumuzu, rəqibə necə cavab verəcəyimizi bilirdik. Türkiyə ilə matçla müqayisədə oyunumuzda kiçik dəyişikliklər etmişdik" - deyə o bildirib.

57 yaşlı mütəxəssis bu qarşılaşmanın karyerasının ən əhəmiyyətli qələbəsi olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: "Xeyr. Çünki çalışdığım klublarla da vacib qələbələr qazanmışam. Lakin İsveçrə uzun müddət idi ki, böyük bir turnirin 1/4 finalına çıxmır. Bu qələbə irəliləməyimizə kömək edəcək, psixoloji cəhətdən daha da güclənəcəyik".