120 dəqiqəlik oyunun ən yaxşısı
Milli komandalar

120 dəqiqəlik oyunun ən yaxşısı

  • 2021-06-29

Avro-2020-nin 1/8 final mərhələsində keçirilmiş Xorvatiya – İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

İspaniya yığmasının kapitanı Serxio Buskets bu görüşün ən yaxşısı seçilib.

120 dəqiqəlik matçın 101-ci dəqiqəsində əvəzlənən 32 yaşlı yarımmüdafiəçi baxımlı oyunu ilə seçilib.

Qeyd edək ki, İspaniya millisi Xorvatiyanı 5:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.