Hazard və De Brüyne İtaliya ilə oynayacaq?
Milli komandalar

Hazard və De Brüyne İtaliya ilə oynayacaq?

  • 2021-06-28

Belçika millisinin baş məşqçisi Roberto Martines zədəli futbolçuları Kevin de Brüyne və Eden Hazardın durumundan danışıb.

Xarici KİV-lərə əsasən, o sözügedən yarımmüdafiəçilərin Avro-2020-nin 1/4 finalında İtaliya ilə qarşılaşmayadək hazır ola biləcəklərini deyib:

"Bu turnir hələ onlar üçün bitməyib. Matçdan əvvəl son 24 saat ərzində futbolçuların bədənlərinin necə reaksiya verdiyini görməliyik. Cümə günü İtaliya ilə görüşdə oynaya bilərlər. Hələlik vəziyyətləri yaxşıdır".

Qeyd edək ki, Belçika - İtaliya qarşılaşması iyulun 2-də Bakı vaxtı ilə 23:00-da başlayacaq.