"İspaniyanın 4:5 hesabı ilə uduzacağına ümid edirəm"
- 2021-06-28
"Sevilya"nın xorvatiyalı futbolçusu İvan Rakitiç Avro-2020-nin 1/8 finalındakı rəqibləri İspaniya yığmasının oyunçusu Alvaro Morata ilə aralarındakı söhbətdən danışıb.
AS-a əsasən, Rakitiç deyib:
"Mən Morataya dörd qol vuracağını, ancaq oyunda 4:5 hesabı ilə uduzacaqlarına ümid etdiyimi söylədim. Gəlin bunun mümkün olub-olmadığını görək. Matçla bağlı proqnozuma gəlincə, qərəzsiz ola bilmərəm. Əlbətdə ki, ilk növbədə Xorvatiyanın qalib gəlməsini istəyirəm. Amma hər zaman İspaniyaya ən yaxşısını diləyirəm".
Qeyd edək ki, bu gün keçiriləcək Xorvatiya - İspaniya qarşıplaşması Bakı vaxtı ilə 20:00-da başlayacaq.