DÇ-2022-də yeni qaydalar
Milli komandalar

DÇ-2022-də yeni qaydalar

  • 2022-06-23

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında bir ilk yaşanacaq.

"Globo" nəşrinə istinadən, tarixdə birinci dəfə hər komanda heyətinə 26 fufbolçu (hazırda 23) sifariş edəcək. Bu isə o deməkdir ki, komandanın ehtiyatında 15 futbolçu olacaq.

Bundan başqa, DÇ-2022-də ilk dəfə olaraq 5 əvəzetmədən istifadə ediləcək. Bununla bağlı qaydalar ötən həftə Beynəlxalq Futbol Assosiasiyaları Şurasında (İBAF) təsdiq edilib.

Xatırladaq ki, DÇ-2022 21 noyabr-18 dekabr tarixində Qətərin 8 stadionunda keçiriləcək.