"DÇ-2022"yə vəsiqə qazanan 31-ci ölkə bilindi
Milli komandalar

"DÇ-2022"yə vəsiqə qazanan 31-ci ölkə bilindi

  • 2022-06-14

"DÇ-2022"də iştirak edəcək 31-ci ölkə də müəyyənləşib.

Mundiala vəsiqə uğrunda Qətərin Əl-Rayyan şəhərində Avstraliya və Peru milliləri qarşılaşıb. Matçın əsas və əlavə vaxt qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasından müəyyənləşib. Burada daha dəqiq olan Avstraliya (5:4) DÇ-2022-yə vəsiqəni təmin edib. 

Qeyd edək ki, DÇ-2022-nin sonuncu iştirakçısı Kosta-Rika və Yeni Zelandiya yığmaları arasında keçiriləcək oyundan sonra müəyyənləşəcək.