İtaliya millisinin düşərgəsini tərk etdilər
- 2022-06-09
Müdafiəçi Leonardo Bonuççi və hücumçu Andrea Belotti İtaliya millisinin düşərgəsidən ayrılıblar.
Bu barədə "Sky Sport İtalia" məlumat yayıb. Bildirilib ki, yığmanın baş məşqçisi Roberto Mançini komandanın yenidən qurulması və gəncləşdirilməsi prosesini davam etdirir. Ona görə də Belotti və Bonuççini heyətdən kənarlaşdırmaq qərarına gəlib.
Ötən gün İtaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunun Macarıstana 2:1 hesabı ilə qalib gəlib. Bu ay Mançininin komandası UEFA Millətlər Liqasında daha iki oyun keçirəcək. İtaliya İngiltərə (11 iyun) və Almaniya (14 iyun) ilə qarşılaşacaq.