Neymarın qolu Braziliyaya qələbə qazandırdı
Milli komandalar

Neymarın qolu Braziliyaya qələbə qazandırdı

  • 2022-06-07

Braziliya millisi dünən Yaponiya ilə yoldaşlıq görüşü keçirib.

Qarşılaşma Tokiodakı Milli Stadionda oynanılıb. Matç Braziliyanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. "Sambaçılar"ın yeganə qolunu 77-ci dəqiqədə penaltidən Neymar vurub.

Qeyd edək ki, iyunun 11-də Braziliya millisi Argentina ilə yoldaşlıq görüşünə çıxacaq.