Danimarkadan qələbə, Fransa yenə xal itirdi
Milli komandalar

Danimarkadan qələbə, Fransa yenə xal itirdi

  • 2022-06-07

Dünən UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci turun növbəti oyunları keçirilib.

A,B,C və D Liqalarında ümumilikdə 7 qarşılaşma olub.

Maraqla gözlənilən oyunlardan biri A Liqasının 1-ci qrupunda keçirilib. Son dünya çempionu Fransa finalda qalib gəldiyi Xorvatiyanın qonağı olub və bu dəfə heç-heçə edib - 1:1. 

Azərbaycan millisi C Liqasının 3-cü qrupunda Serbiyada Belarusla qarşılaşıb və qolsuz bərabərə qalıb. 

A Liqası

1-ci qrup

22:45. Avstriya - Danimarka - 1:2

Qollar: Hoyberq, 28 (0:1), Şlager, 67 (1:1), Larsen, 84-pen (1:2)

22:45. Xorvatiya - Fransa - 1:1

Qollar: Rabyo, 52 (0:1), Kramariç, 83-pen (1:1)

B Liqası

2-ci qrup

22:45. İslandiya - Albaniya - 1:1

Qollar: Seferi, 30 (0:1),Thorsteinsson, 49 (1:1)

C Liqası

22:45. Belarus - Azərbaycan - 0:0

Qırmızı vərəqə: Qismət Alıyev, 84- birbaşa qırmızı vərəqə (Azərbaycan)

Baş hakim: Məhəmməd Əl-Hakim

Serbiya. Novi Sad “Karadjordje”

22:45. Slovakiya - Qazaxıstan - 0:1 

Qol: Darabayev, 26

D Liqası

1-ci qrup

20:00. Latviya - Lixtenşteyn - 1:0

Qol: Zyuzins, 73 

22:45. Andorra - Moldova - 0:0