"Bu gün bizim günümüz deyildi"
Milli komandalar

"Bu gün bizim günümüz deyildi"

  • 2021-06-28

Niderland millisinin kapitanı Jorjinyo Vaynaldum Avro-2020-nin 1/8 finalında Çexiyaya uduzaraq, mübarizəni dayandırdıqları matç haqqında danışıb.

"İkinci hissədə yaxşı bir şansımız oldu, qol vurmalı idik. Qırmızı vərəqədən sonra Çexiyaya təzyiq etmək daha çətin oldu. Meydanın bizə aid hissəsindən çıxa bilmədik. Ancaq bundan əvvəl də çox zəif oyun göstərdik.

Turnirdən əvvəl oyunun keyfiyyətinə görə çox tənqid alırdıq. Bu gün bizim günümüz deyildi. Bunu izah edə bilmirəm".