Niderland - Çexiya oyununun ən yaxşısı
Milli komandalar

Niderland - Çexiya oyununun ən yaxşısı

  • 2021-06-28

Avro-2020-nin 1/8 finalında keçirilən Niderland - Çexiya oyununun (0:2) ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın saytına əsasən, bu, Çexiya millisinin üzvü Tomaş Holeşdir.

28 yaşlı yarımmüdafiəçi sözügedən qarşılaşmada 1 qol vurub, 1 qolun ötürməsini verib.