Milli komandalar

Argentina İtaliyanı böyük hesabla məğlub etdi - Video

  • 2022-06-02

Dünən son Avropa çempionu İtaliya millisi və Amerika Kubokunun son qalibi Argentina yığması arasında "Finalissima" oyunu oyun keçirilib.

Görüş İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda oynanılıb. Qalib Argentina millisi olub.

Finalissima

1 iyun

22:45. İtaliya - Argentina - 0:3

Qol: Lautaro Martines, 28. Anxel Di Mariya, 45+1. Paulo Dibala, 90+4

Baş hakim: Pyero Masa (Çili)

London, "Uembli" stadionu