Deşam millinin düşərgəsini tərk etdi
- 2022-06-01
Fransa millisinin baş məşqçisi Didye Deşam yığmanın düşərgəsini tərk edib.
"L'Equipe" nəşrinə istinadən, mütəxəssis atasının ölümü ilə əlaqədar bu addımı atıb. UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunlarına hazırlaşan yığmaya müvəqqəti olaraq Deşamın köməkçisi olan Qay Stefan başçılıq edəcək.
Xatırladaq ki, Fransa UEFA Millətlər Liqasının qrup mərhələsində Danimarka, Xorvatiya və Avstriya ilə qarşılaşacaq.