Ukrayna Şotlandiyaya qarşı
Milli komandalar

Ukrayna Şotlandiyaya qarşı

  • 2022-06-01

Bu gün DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında təxirəsalınmış Şotlandiya - Ukrayna oyunu keçiriləcək.

Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cütün qalibi pley-off-un final mərhələsində Uelslə qarşılaşacaq. 

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.

DÇ-2022, pley-off mərhələsi, yarımfinal

1 iyun

22:45. Şotlandiya - Ukrayna

Baş hakim: Denni Makkelli (Niderland)

Qlazqo, "Hempden Park" stadionu