"Mbappe qol vura bilmədiyinə görə əsəbiləşmir"
Milli komandalar

"Mbappe qol vura bilmədiyinə görə əsəbiləşmir"

  • 2021-06-27

Fransa millisinin müdafiəçisi Rafael Varan komanda yoldaşı Kilian Mbappenin Avro-2020-dəki qolsuz seriyasından danışıb.

"Telefoot"a əsasən, o, bu vəziyyətin 22 yaşlı hücumçunu əsəbiləşdirmədiyini deyib:

“Mbappe qol vura bilmədiyi üçün əsəbiləşib? Mən belə düşünmürəm. O hücumçudur və forvardlar özlərinə arxayın olmaq üçün qol vurmalıdırlar. Avropa çempionatının başlanğıcında yaxşı idi. Hücumçularımızın eyni ruhda davam edəcəyini və daha çox qol vura biləcəyini ümid edirik".

Xatırladaq ki, Fransa 1/8 finalda sabah İsveçrə ilə qarşılaşacaq.