Cüneyt Çakır "DÇ-2022"də olmayacaq
- 2022-05-20
Bu il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək DÇ-2022-yə təyinat alacaq hakimlərin siyahısı açıqlanıb.
Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Cədvəldə 36 əsas, 69 köməkçi və 24 VAR hakimi yer alıb.
Qeyd edək ki, siyahıda hakimlərin arasında Cüneyt Çakırın adı yoxdur.
Əsas hakimlər:
Əl Yassin Abdulrahman (Qətər), Barton İvan (Sloveniya), Bet Kris (Avstriya), Klaus Rafael (Braziliya), Koncer Mattyu (Yeni Zellandiya), Elfat İsmael (ABŞ), Eskobar Mario (Quatemala), Əlirza Fəqani (İran), Frappart Stefani (Fransa), Qassama Bakari (Qambiya), Qorbal Mustafa (Əlcəzair), Viktor Qomes (Cənubi Afrika), İstvan Kovaçs (Rumınya), Ma Ninq (Çin), Denni Makkele (Niderland), Simon Marçinyak (Polşa), Səid Martines (Honduras), Matteu Antonio (İspaniya), Mantonte Kabrera Andres Matias (Uruqvay), Mohammed Mohammed Abdulla (Birləşmiş Ərəb Əmirlikləri), Mukansanqa Salima (Ruanda), Ndiaye Maquette (Seneqal), Maykl Oliver (İngiltərə), Daniele Orsato (İtaliya), Kevin Orteqa (Peru), Ramos Sezar (Meksika), Fernando Raffalini (Argentina), Sampaio Uilton (Braziliya), Daniel Siebert (Almaniya), Canni Sikazve (Zambiya), Entoni Teylor (İngiltərə), Fakundo Tello (Argentina), Klemen Turpin (Fransa), Xesus Valensuella (Venesuella), Slavko Vinçiç (Sloveniya), Yoşimi Yamaşita (Yaponiya)
Köməkçi hakimlər:
Mohammedrza Abolfazli (İran), Mahmod Abouleregal (Misir), Taleb Əl-Mərri (Qətər), Mohammed Alhammadi (BƏƏ), Hasan Əlmahri (BƏƏ), Ahmed Saud Almaqaleh (Qətər), Mihai Arten (Rumınya), Kayl Atkins (ABŞ), Neuza Bak (Braziliya), Eşli Bekhem (Avstriya), Pablo Xuan Belatti (Argentina), Simon Benett (İngiltərə), Qari Besuik (İngiltərə), Dieqo Bonfa (Argentina), Bruno Boşçiella (Braziliya), Ezeqvel Brailovski (Argentina), Stuart Burt (İngiltərə), Cibril Kamara (Semeqal), Yi Çao (Çin), Çiro Karbone (İtaliya), Pau Sebiran (İspaniya), Qabriel Çade (Argentina), Nikolas Danos (Fransa), Can de Vrays (Niderland), Karem Medina Dias (Meksika), Roberto Dias (İspaniya), Cerson dos Santos (Anqola), Abdelhaj Etçiali (Əlcəzair), Helpis Raymundo Feliz (Domenikan Respublikası), Rodriqo Fiquerredo (Braziliya), Rafael Foltin (Almaniya), Alessandro Qalatini (İtaliya), Mokran Qarari (Əlcəzair), Qrinqor Kril (Fransa), Miqel Ernandes (Meksika), Tomas Klanknik (Sloveniya), Andras Kovaçiç (Sloveniya), Tomas Listkeviçs (Polşa), Uolter Lopes (Honduras), Tevita Makasini (Tonqa), Mohammedrza Mansuri (İran), Arsenio Marenquil (Mozambik), Vasili Marinesku (Rumınya), Xuan Karlos Mora (Kosta Rika), Deyvid Moram (Sloveniya), Tulio Moreno (Venesuella), Alberto Morin (Meksika), Katrin Nesbit (ABŞ), Elvis Noppui (Kamerun), Adam Nann (İngiltərə), Maykl Orrui (Peru), Cari Parker (ABŞ), Sounu Patsoan (Lesoto), Bruno Payres (Braziliya), Mark Rul (Yeni Zellandiya), Samba Əl-Haji (Seneqal), Xesus Sançes (Peru), Can Seydel (Almaniya), Anton Şkettenin (Avstriya), Şi Çanq (Çin), Simon Danilo (Braziliya), Zakeli Sviela (Cənubi Afrika), Pavel Sokolniçki (Polşa), Martin Soppi (Uruqvay), Hessel Steqstra (Niderland), Nikolas Taran (Uruqvay), Xorxe Urreqo (Venesuella), Saleb Uales (Trinidad), Zaçari Ziiqilar (Surinam)
VAR hakimləri:
Abdulla Əl-Marri (Qətər), Xulio Baskunan (Çili), Mohammed Bin Yahari (Sinqapur), Jerom Brisard (Fransa), Bastian Danker (Almaniya), Rikardo de Burqos (İspaniya), Şaun Evans (Avstriya), Dryu Fişker (Kanada), Marko Fritz (Almaniya), Nikolas Qallo (Kolumbiya), Leodan Qonzales (Uruqvay), Fernando Querro (Meksika), Alexandro Ernandes (İspaniya), Massimiliano İbrati (İtaliya), Riduan Yiyed (Mərakeş), Tomas Kcatovski (Polşa), Xuan Martines (İspaniya), Bernoit Millot (Fransa), Xuan Soto (Venesuella), Paulo Valeri (İtaliya), Paulus van Boekel (Niderland), Mauro Vicliano (Argentina), Armando Vilyarreal (ABŞ), Adil Zourak (Mərakeş)