"De Brüyne hər il "Qızıl top"a namizəd olmalıdır"
- 2021-06-27
Belçika millisinin baş məşqçisi Roberto Martines Avro-2020-nin 1/8 finalında Portuqaliya ilə oyun ərəfəsində yarımmüdafiəçi Kevin De Brüyne haqda danışıb.
"ESPN"ə əsasən, o, 29 yaşlı yarımmüdafiəçi haqda müsbət fikirlər səsləndirib: “Düşünürəm ki, De Brüyne dünya futbolunun ən yaxşı oyun qurucusudur. Oyunu oxumaq, vaxtı və məkanı qiymətləndirmək bacarığı misilsizdir. Kevin hər il "Qızıl top"a namizəd olmalıdır".
Qeyd edək ki, bu gün keçiriləcək Portuqaliya - Belçika görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.