39 yaşında Braziliya millisinə dəvət aldı
- 2022-05-12
"Barselona"nın 39 yaşlı müdafiəçisi Dani Alves Braziliya millisinə dəvət alıb.
Bu barədə klubun saytı məlumat yayıb. Bu, onun "Barselona"ya qayıdışından sonra milliyə üçüncü çağırışıdır.
Braziliya millisi Asiya turu çərçivəsində Cənubi Koreya (2 iyun) və Yaponiya (6 iyun) ilə qarşılaşacaq.