"Əsas olan qələbə qazanmaqdır"
Milli komandalar

"Əsas olan qələbə qazanmaqdır"

  • 2021-06-27

"Düşünürəm ki, üç yarımmüdafiəçi ilə oynayacaqlar, de Brüyne bir az yuxarıya doğru irəliləyəcək.  Fransa və Macarıstana qarşı oyunlardakı kimi yaxşı müdafiə olunmalı və yaxşı davranmalıyıq. Şans yaratmaq məsələsində kifayət qədər bacarıqlı komandamız var. Onlara  qol vura bilərik".

Bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Avro-2020-nin 1/8 finalında Belçika ilə oyun öncəsi UEFA-nın saytına deyib.

O, rəqibin çox qol vurduğunu və nadir hallarda problem yaşadığını vurğulayıb: "Ancaq komandalar eyni səviyyədədir. Bu matç finala bənzəyir. Burada əsas olan qələbə qazanmaqdır, gözəl oynamaq deyil. Güclü bir rəqiblə qarşılaşacağıq. İnanıram və ümid edirəm ki, onlardan daha yaxşı çıxış edəcəyik".

Qeyd edək ki, bu gün keçiriləcək Portuqaliya - Belçika görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.