"Bütün Avstriya bu komanda ilə fəxr edə bilər"
- 2021-06-27
“Əlbəttə, hamımız məyusuq. Ancaq bütün Avstriya bu komanda ilə fəxr edə bilər. Əvvəlcə rəqibin qapısına mümkün qədər yaxın təzyiq göstərmək istəyirdik. Amma İtaliya millisi çox güclüdür və təzyiqimizdən yayınırdı".
UEFA-nın saytına əsasən, bu sözləri Avstriya millisinin baş məşqçisi Franko Foda Avro-2020-nin 1/8 finalında İtaliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.
"Rəqiblərimdən heç vaxt bu qədər iltifat almamışam. Həqiqətən, komandanın əlavə vaxtda necə hazırlaşdığı inanılmazdır. Gözəl oyun idi" - deyə o bildirib.
F.Foda Avro-2020-də göstərdikləri səviyyəni DÇ-2022-nin seçmə mərhələsində də davam etdirməyə çalışacaqlarını söyləyib: "120 dəqiqə ərzində oyunumuzun nə qədər yaxşı olduğunu gördünüz. İndi sentyabr ayında bu səviyyəni davam etdirməliyik. Komanda qələbələrə acdır və yaxşı əhval-ruhiyyədədir. Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq üçün mümkün qədər yaxşı olmalıyıq".