Mançini: "Seçim etmək çətindir"
- 2021-06-27
"Bir qol buraxsaq da, qələbəyə layiq idik. Gec-tez qol vurmalı idilər. Düzü, daha əvvəl iki qol vurmalı idik, əlavə vaxtı gözləmirdik. Buna görə yorulduq. Səbir etməli olduğumuzu bilirdik. Çünki Avsrtiya millisi kəskin oynamağa imkan verməyən komandandır".
Bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avro-2020-nin 1/8 finalında Avstriya ilə oyundan (2:1) sonra deyib.
"Əvəzetmədən meydana daxil olan oyunçular bizim üçün mühüm rol oynadı, onlar dərhal matçda dəyişiklik etməyə başladılar. Onlar əla oynadılar. Xoşbəxtəm. Futbolçular yorğun olsalar da, qələbə üçün əllərindən gələni etdilər" - deyə o bildirib.
Mançini Avsrtiya ilə oyunun çətin keçdiyini söyləyib: "Bəlkə də 1/4 finaldan da ağır matç olacağını düşünürdüm. Bu görüş bizim üçün yaxşı təcrübə ola bilər. Belçika, yoxsa Portuqaliya? Bunlar iki güclü komandadır. Seçim etmək çətindir".
Qeyd edək ki, İtaliya 1/4 finalda iyulun 2-i Belçika - Portuqaliya matçının qalibi ilə qarşılaşacaq.