Frank de Burun açıqlamaları
Milli komandalar

Frank de Burun açıqlamaları

  • 2021-06-27

"Əgər yarımfinala vəsiqə qazansaq, bu, bizim üçün yaxşı nəticə sayılacaq".

UEFA-nın saytına əsasən, bu sözləri Niderland millisinin baş məşqçisi Frank de Bur deyib.

Niderland "Avro-2020"nin 1/8 final mərhələsində bu gün Çexiya ilə qarşılaşacaq.

Oyun ərəfəsində de Bur bildirib ki, yekun nəticədə onlar Amsterdam kanalları ilə çempionluq səyahəti etmək istəyirlər: "Biz təkcə finala çıxmağı deyil, "Avro-2020"nin çempionu olmaq istəyirik. Bu zaman turnir həqiqətən bizim üçün əsl uğur olar. İndi isə komandamız yalnız Çexiya ilə oyuna köklənib. Qalib gəlmək üçün çox iş görməliyik".