"Avstriya fiziki baxımdan kifayət qədər güclü komandadır"
Milli komandalar

"Avstriya fiziki baxımdan kifayət qədər güclü komandadır"

  • 2021-06-27

İtaliya millisinin üzvü Leonarda Spinazzola Avro-2020-nin 1/8 finalında Avstriyanı əlavə vaxtda məğlub edərək (2:1) növbəti mərhələyə adladıqları matç haqqında danışıb.

İtaliya mətbuatına əsasən, görüşün ən yaxşısı seçilən yarımmüdafiəçi deyib:

"Mənə bu mükafatı təqdim edildiyi üçün çox sevinirəm. Amma komandamızın uğuruna görə daha çox xoşbəxt oldum. Mançini əlavə vaxtda sakit olmağımızı və daha dəqiq oynamaq lazım gəldiyini söylədi. Son saniyələrə qədər konsentrasiyamızı saxladıq, bütün komanda ilə özümüzü qoruduq və indi növbəti mərhələyə keçməyimizi qeyd edirik.

Çox vaxt müdafiədə yaxşı oynamağı bacarırıq. Amma nə vaxtsa bu qədər yaxşı oynadığımızı xatırlamıram. Avstriya fiziki baxımdan kifayət qədər güclü komandadır, buna görə bizim üçün çox çətin matç keçdi. Ancaq komanda şəklində oynadıq və bu, son uğurun əsas amili oldu".