Danimarka millisindən tarixi nəticə
Milli komandalar

Danimarka millisindən tarixi nəticə

  • 2021-06-27

Avro-2020-nin 1/8 finalında Uels millisini 4:0 hesabıyla məğlub edərək 1/4 finala yüksələn Danimarka yığması çempionatda rekorda imza atıb.

Skandinaviyalılar Avropa çempionatları tarixinə ardıcıl iki oyunda 4 qol vurmağı bacaran ilk komanda kimi düşüb.

Xatırladaq ki, Danimarka yığması qrup mərhələsinin son görüşündə Rusiya yığmasını 4:1 hesabıyla məğlub etmişdi. Komanda iyulun 3-də 1/4 final oyununu Bakıda keçirəcək. Rəqibin adına isə bu gün keçiriləcək Niderland - Çexiya matçından sonra məlum olacaq.