"Avro-2020"də 1/8 finalın ikinci günü
Milli komandalar

"Avro-2020"də 1/8 finalın ikinci günü

  • 2021-06-27

Avro-2020-də 1/8 final mərhələsi davam edir.

İkinci oyun günündə də 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında Niderland Çexiya ilə üz-üzə gələcək. Bu cütün qalibi iyulun 3-də 1/4 final oyununu Bakıda Danimarkaya qarşı keçirəcək.

Günün son görüşündə Belçika Portuqaliya ilə qarşılaşacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.

27 iyun

Avro-2020, 1/8 final mərhələsi

20:00. Niderland - Çexiya
Baş hakim:
 Sergey Karasev (Rusiya)
Budapeşt. "Puşkaş Arena"

23:00. Beçika - Portuqaliya
Baş hakim:
 Feliks Brix (Almaniya)
Sevilya. "Estadio La Cartuja"