Uels niyə belə şəkil çəkdirir?
Milli komandalar

Uels niyə belə şəkil çəkdirir?

  • 2021-06-26

Uels millisinin Avro-2020-də matçlardan əvvəl verdiyi şəkil pozaları diqqət çəkir.

Yığma Avro-2016-da olduğu kimi bu dəfə assimetrik pozalar verir. Hər matç öncəsi fərqli formada  şəkil çəkdirən Uels millisi son olaraq Avro-2020-nin 1/8 finalında Danimarka ilə matçdan öncəki şəkil pozası ilə diqqət mərkəzinə düşüb. Həmin şəkildə 4 futbolçu ayaqüstə olub, 7-i isə oturub.

Komandanın bu cür fərqli şəkillər çəkdirməsinin isə səbəbi məlum olub. İlk vaxtlarda plansız olaraq bu cür şəkillərin çəkdirildiyi vurğulanıb. Oyunçular şəkil zamanı yaxşı poza verməkdə uğursuz olduqlarını qəbul ediblər. Ancaq sonradan işlər dəyişib.

Uels millisinin üzvü Co Ledli bu hərəkəti bilərəkdən etdiklərini söyləyib. Uelsli oyunçular üçün bir şans olmağa başlayan bu pozalar hər oyundan əvvəl dəyişir. Bəzən 3, bəzən 4 oyunçu ayaqüstə dayanır.