UEFA Şotlandiya - Ukrayna matçının vaxtını açıqladı
Milli komandalar

UEFA Şotlandiya - Ukrayna matçının vaxtını açıqladı

  • 2022-04-15

"DÇ-2022"nin pley-off mərhələsində Şotlandiya və Ukrayna milliləri arasında keçiriləcək yarımfinal oyununun vaxtı dəqiqləşib.

UEFA-nın saytına istinadən, görüş iyunun 1-də keçiriləcək.

Cütün qalibi ilə Uels arasında keçiriləcək matçın da vaxtı açıqlanıb. Oyun iyunun 5-də olacaq.

Qeyd edək ki, yarımfinal və final matçlarından sonra DÇ-2022-nin daha bir iştirakçısı bəlli olacaq.