Bakıya 1/4 final üçün gələcək ilk komanda müəyyənləşdi
Milli komandalar

Bakıya 1/4 final üçün gələcək ilk komanda müəyyənləşdi

  • 2021-06-26

Avro-2020-nin Bakıda keçiriləcək 1/4 final oyununda iştirak edəcək ilk yığma müəyyənləşib.

Bu, Danimarka millisidir. Komanda 1/8 finalda Uelsə 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Danimarkanın Bakıdakı matçdakı rəqibi  Niderland - Çexiya cütünün qalibi olacaq.

Qeyd edək ki, paytaxtımızdakı 1/4 final mərhələsi görüşü iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.