İnfantinonun dünya çempionatı ilə bağlı yeni planı
Milli komandalar

İnfantinonun dünya çempionatı ilə bağlı yeni planı

  • 2022-04-08

FIFA-nın prezidenti Canni İnfantino dünya çempionatının 3 ildən bir keçirilməsini istəyir.

Bu barədə "The Sun" məlumat yayıb. İnfantino daha əvvəl mundialın 2 ildən bir təşkil olunması fikrini irəli sürmüşdü. Futbol ictimaiyyəti isə bunu narazılıqla qarşılamışdı. Bu dəfə isə turnirin 3 ildən bir keçirilməsini istəyir. 

Onun yeni planına əsasən, ilk il 24 komandadan ibarət Klublararası dünya çempionatı, növbəti ildə Avropa çempionatı və Amerika Kuboku kimi qitə birincilikləri, üçüncü ildə isə dünya çempionatının belə formatda təşkil olunması nəzərdə tutulub.