Fransada Mbappe krizisi
- 2021-06-26
Avro-2020-də hələ də qol vura bilməyən Fransa millisinin hücumçusu Kilian Mbappe ilə bağlı fərqli fikirlər səslənməyə davam edir.
22 yaşlı hücumçu qrup mərhələsində meydana çıxdığı 3 matçın heç birində fərqlənə bilməyib.
Fransa millisinin sabiq futbolçusu Jerom Roten "RMC Sport"a açıqlamasında Mbappeni tənqid edib: "Mbappenin eqosu meydanda da hiss olunur. Bu vəziyyət məni narahat edir. Didye Deşam belə Mbappenin eqosu ilə bacarmır".
Qeyd edək ki, Fransa 1/8 finalda iyunun 28-i İsveçrə ilə qarşılaşacaq.