FİFA "DÇ-2022"nin təqvimində dəyişiklik etdi
- 2022-04-02
FİFA "DÇ-2022"nin təqvimində dəyişiklik edib.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Turnirin açılış oyunu ev sahibi Qətərlə Ekvador arasında olmayacaq. İlk görüşdə Seneqal Niderlandla üz-üzə gələcək. Görüş noyabrın 21-də Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qətər - Ekvador qarşılaşması isə Bakı vaxtı ilə saat 20:00-a təxirə salınıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.