Portuqaliya millisinin futbolçuları zədəsini sağaltdı
- 2021-06-26
Portuqaliya millisinin futbolçuları Nelson Semedu və Danilu Pereyra zədəsini sağaldıb.
Onlar artıq məşqlərə başlayıblar. Sözügedən futbolçuların sabah Avro-2020-nin 1/8 finalında Belçika ilə matçda iştirak edə biləcəyi gözlənilir.
Qeyd edək ki, Portuqaliya - Belçika matçı 23:00-da başlayacaq.