Son dünya çempionu püşkatmanı belə şərh etdi
- 2022-04-02
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin püşkatma mərasimini şərh edib .
Final mərhələsində komanda Danimarka, Tunis, həmçinin Peru və ya Avstraliya-BƏƏ matçının qalibi ilə eyni qrupda oynayacaq. Deşam isə püşkatma haqqında bunları deyib:
"Biz balanslaşdırılmış şəkildə, arxayınlıq olmadan rəqibləri təhlil etməliyik. Mən həmişə kiçik qiymətləndirmədən qaçmağa çalışıram. Əgər biz təkəbbür göstərməsək, bu, artıq irəliyə doğru bir addım olacaq. Hər kəs Danimarka ilə o qədər də tanış deyil, lakin onlar son Avropa çempionatının yarımfinalında oynayıblar və FİFA reytinqində 11-ci yerdə qərarlaşıblar. Tunisə böyük hörmətimiz var və onlardan ehtiyat edirik. Bilmirəm, bəlkə də bizim üçün daha yaxşı ola bilərdi, amma daha pis də ola bilərdi. Mən həmişə sakit qalıram və bu, bir üstünlükdür".