"DÇ-2022"nin püşkü atıldı
- 2022-04-01
Bu gün Qətərin paytaxtı Dohada DÇ-2022-nin püşkatma mərasimi keçirilib.
Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Püşkü dünyanın 8 məşhur veteran futbolçusu çəkib. Onlar Azərbaycan əsilli iranlı keçmiş oyunçu Əli Daei, Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhildir (Avstraliya).
Püşkün nəticələrinə əsasən, 8 qrupun tərkibi aşağıdakı kimidir:
A qrupu
Qətər
Ekvador
Seneqal
Niderland
B qrupu
İngiltərə
İran
ABŞ
Şotlandiya /Ukrayna - Uels cütünün qalibi
C qrupu
Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa
D qrupu
Fransa
Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya - Peru cütünün qalibi
Danimarka
Tunis
E qrupu
İspaniya
Almaniya
Yaponiya
Yeni Zelandiya - Kosta-Rika cütünün qalibi
F qrupu
Belçika
Kanada
Mərakeş
Xorvatiya
G qrupu
Braziliya
Serbiya
İsveçrə
Kamerun
H qrupu
Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya
Qeyd edək ki, hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-off mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.
Əlavə edək ki, qrup mərhələsinin oyunları noyabrın 21-dən dekabrın 2-dək, 1/8 final 3-6 dekabr, 1/4 final 9-10 dekabr, 1/2 final 13-14 dekabr, 3-cü yer uğrunda görüş 17 dekabr, final isə18 dekabrda keçiriləcək.