Üç ölkənin FİFA üzvlüyü dayandırıldı
- 2022-04-01
Pakistan, Zimbabve və Keniyanın FİFA-ya üzvlüyü dayandırılıb.
Müvafiq qərar bu gün Qətərdə keçirilən FİFA-nın 72-ci Konqresində qəbul edilib.
Daha əvvəl Rusiyanın FİFA-ya üzvlüyünün çıxarılması və ya dayandırılması məsələsinin səsverməyə çıxarılması ehtimalı olsa da, konqresdə bu məsələ qaldırılmayıb.
Xatırladaq ki, FİFA və UEFA artıq bu mövsüm Rusiya klublarının və milli komandalarının beynəlxalq turnirlərdə iştirakını dayandırıb. Buna ölkənin Ukraynaya hərbi müdaxiləsi səbəb olub.