Kavani zədələndi
- 2022-03-31
"Mançester Yunayted"in və Uruqvay millisinin futbolçusu Edinson Kavani zədələnib.
Britaniya mətbuatına istinadən, 35 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin 18-ci turunda Çili ilə görüşdə sıradan çıxıb. O, oyuna davam edə bilməyib və 29-cu dəqiqədə meydanı tərk edib. Kavani əvəzləndikdən sonra ayağını tutub. Bildirilir ki, futbolçunun zədəsi ciddidir.
Qeyd edək ki, Uruqvay Çiliyə 2:0 hesabı ilə qalib gəlib.