Suares Messinin rekordunu qırdı
Milli komandalar

Suares Messinin rekordunu qırdı

  • 2022-03-31

Uruqvay millisinin hücumçusu Luis Suares yeni rekorda imza atıb.

"Altetiko"nun hücumçusu DÇ-2022-nin seçmə mərhələsinin Çili ilə səfər matçında (2:0) qol vurmaqla buna nail olub.

Suares bununla dünya çempionatının seçmə mərhələlərində Cənubi Amerika zonasında ən çox qol vuran futbolçu olub. Aktivində 29 qol olan futbolçu bu göstəricidə Argentina millisinin kapitanı Lionel Messini (28) qabaqlayıb.

Xatırladaq ki, Uruqvay millisi DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsində 3-cü yeri tutaraq mundiala yüksəlib.