"DÇ-2022"nin topu təqdim edildi
Milli komandalar

"DÇ-2022"nin topu təqdim edildi

  • 2022-03-31

FİFA DÇ-2022-nin final mərhələsinin rəsmi topunu təqdim edib.

Bu barədə qurumun saytında yayımlanan açıqlamada bildirilib. Topa "Al Rihla" adı verilib. Bu söz ərəbcədən tərcümədə səyahət deməkdir. Almaniyanın "Adidas" şirkətinin hazırladığı topun dizaynı Qətərin memarlığı və dövlət bayrağından ilham alıb. 

Xatırladaq ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-nə kimi Qətərdə keçiriləcək.