Cənubi Amerika zonasında sonuncu turun oyunları keçirilib
Milli komandalar

Cənubi Amerika zonasında sonuncu turun oyunları keçirilib

  • 2022-03-30

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında sonuncu turun oyunları keçirilib.

Səfərdə Boliviyaya 4 cavabsız qolla qalib gələn Braziliya millisi 45 xalla qrupda 1-ci yeri tutub. "Sambaçılar" Argentina ilə yarımçıq qalan matçın nəticəsindən asılı olmayaraq liderliyi təmin edib.

İkinci yerlə mundiala yollanan Argentina yığması isə Ekvadorla qarşılaşmada 1:1 hesablı heç-heçə edib.

Paraqvaya qalib gələn (2:0) Peru 5-ci yerin sahibi kimi mundial şansını saxlayıb.


Boliviya – Braziliya – 0:4
Qolla
r:Paketa, 24, Rişarilson, 45, 90+1, Gimaraeş, 66

Çili – Uruqvay – 0:2
Qollar
: Suares, 79, Valverde, 90

Ekvador – Argentina – 1:1
Qollar: 
Valensiya, 90+3 – Alvares, 24

Peru – Paraqvay – 2:0
Qollar
: Lapadula, 5, Yotun, 42

Venesuela – Kolumbiya – 0:1
Qol:
Hames, 45+4-pen.

Qeyd edək ki, Cənubi Amerika zonasından Argentina, Braziliya, Ekvador və Uruqvay DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Peru isə Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi ilə qitələrarası pley-off matçına çıxacaq.