Millimiz yenə məğlub oldu
Milli komandalar

Millimiz yenə məğlub oldu

  • 2022-03-30

Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib. 

Komandamız Latviya ilə qarşılaşıb. Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılan matçda millimiz 0:1 hesabı ilə məğlub olub. 

Bu, Azərbaycan yığmasının tarixinə Latviyaya ilk məğlubiyyəti kimi düşüb. Komandalar arasındakı əvvəlki 4 yoldaşlıq matçında 3 dəfə heç-heçə qeydə alınıb. 1-dəfə isə Azərbaycan millisi rəqibini məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoxlama görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt ilə heç-heçə edib - 1:1.

29 mart

Yoldaşlıq oyunu

15:00. Azərbaycan - Latviya - 0:1

Qol: Qutkovski, 86

Qırmızı vərəqə: Qara Qarayev, 30 (Azərbaycan)
Baş hakim: Trustin Farruca Kann (Malta)
Malta. Ta Qali. Milli Stadion.