Ronaldodan gələcəyi ilə bağlı açıqlama
Milli komandalar

Ronaldodan gələcəyi ilə bağlı açıqlama

  • 2022-03-29

Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı fikirlərini bildirib.

"A Bola"ya istinadən, 37 yaşlı hücumçu hələ karyerasını başa vurmağı düşünmədiyini deyib: "Mən futboldan həzz alıram. Özümü "Mançester Yunayted" və Portuqaliya millisi üçün faydalı hiss edirəm.

İstədiyim zaman qərar verəcəyəm. Oynamağa davam etmək istəsəm, qalacağam, xoşuma gəlməsə, daha oynamayacağam".

Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.