Bugün daha iki iştirakçısı müəyyənləşir
Milli komandalar

Bugün daha iki iştirakçısı müəyyənləşir

  • 2022-03-29

Bu gün "DÇ-2022"də pley-off mərhələsinin final oyunlarına start veriləcək.

Portuqaliya Şimali Makedoniyanı, Polşa İsveçi qəbul edəcək. Hər iki Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu matçlardan sonra DÇ-2022-də vəsiqə qazanan daha iki komanda müəyyənləşəcək.

Qeyd edək ki, sonuncu final görüşündə Uels iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.

 29 mart

22:45. Portuqaliya - Şimali Makedoniya
Portu, "Draqau" stadionu

22:45. Polşa - İsveç
Xojuv, "Şlyonski" stadionu