Messi və Neymar "DÇ-2022"nin rəmzi komandasında
- 2022-03-28
DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin simvolik komandası açıqlanıb.
Heyətdə aşağıdakı futbolçular yer alıb:
Qapıçı: Alisson Beker (Braziliya, "Liverpul")
Müdafiəçilər: Frenk Fabra (Kolumbiya, "Boka Xuniors"), Fabian Balbuena (Paraqvay, "Dinamo", Moskva), Tiaqo Silva (Braziliya, "Çelsi"), Ronald Arauxo (Uruqvay, "Barselona");
Yarımmüdafiəçilər: Luis Dias (Kolumbiya, "Liverpul"), Federiko Valverde (Uruqvay, "Real"), Rodriqo de Paul (Argentina, "Atletiko"), Anxel di Maria (Argentina, "PSJ")
Hücumçular: Neymar (Braziliya, "PSJ"), Lionel Messi (Argentina, "PSJ").