"Kral qayıtdı!"
Milli komandalar

"Kral qayıtdı!"

  • 2022-03-28

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo komanda yoldaşı Pepenin məşqləri bərpa etməsinə reaksiya verib.

39 yaşlı müdafiəçi koronavirus səbəbindən DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Türkiyə ilə matçı (3:1) buraxıb. Lakin Pepe bu gündən ümumi qrupda finalda keçiriləcək Şimali Makedoniya ilə oyuna hazırlaşmağa başlayıb.

"A Bola" nəşri yazıb ki, Ronaldo Pepe meydana girən kimi "Kral qayıtdı!" deyə qışqırıb.

Qeyd edək ki, martın 29-u keçiriləcək Portuqaliya - Şimali Makedoniya görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.