İngiltərə millisindən rekord
Milli komandalar

İngiltərə millisindən rekord

  • 2022-03-27

İngiltərə millisinin məğlubiyyətsiz oyunlar seriyası davam edir.

Qaret Sautqeytin komandası ötən gecə yoldaşlıq oyununda İsveçrəyə 2:1 hesabı ilə qalib gəlib.

Bu, britaniyalıların penaltilər seriyası istisna olmaqla uduzmadığı 21-ci matçdır. İngiltərə millisi ilk dəfədir belə göstəriciyə imza atır.

Sonuncu dəfə 2020-ci ilin noyabrında Millətlər Liqasında Belçika uduzan (0:2) komanda o vaxtdan indiyədək 17 oyunda qalib gəlib, 4 dəfə heç-heçə edib.