Kurtuadan Ronaldoya atmaca
Milli komandalar

Kurtuadan Ronaldoya atmaca

  • 2021-06-26

Belçika millisinin qapıçısı Tibo Kurtua Portuqaliya ilə keçirəcəkləri Avro-2020-nin matçı (27 iyun) öncəsi açıqlama verib.

O, Portuqaliyanı dayandırmağa hazır olduqlarını söyləyib: "Bunun üçün bizim planımız var. Rəqib bir futbolçudan ibarət deyil. Ronaldo Avropa çempionatının bombardiridir, əla oyunçudur. Amma düşünürəm ki, o, mənim "Atletoko"da oynadığım illərdəki səviyyədə qalıb. Mən daha ciddi inkişafa nail olmuşam".

Qeyd edək ki, hazırda "Real"da oynayan Kurtua "Atletiko"da 2011-14-cü illərdəki çıxış edib. Həmin vaxt isə Ronaldo "Real"ın üzvü idi.