Eriksen milli qayıdışını qolla qeyd etdi - Video
- 2022-03-27
Danimarka millisinin futbolçusu Kristian Eriksen yaşıl meydanlara qayıdışından sonra ilk qolunu vurub.
O, Niderlandla yoldaşlıq oyununda (2:4) fərqlənib. 30 yaşlı yarımmüdafiəçi 47-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu, həm də Eriksenin 9 aylıq fasilədən sonra millidəki ilk oyunu olub.
Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu. Onun ürəyinə kordioverter-defibrillyator qoyulub. Belə vəziyyətdə İtaliyada oynamaq qadağan edildiyindən, "İnter" Eriksenlə müqaviləni pozmalı olub. O, qışda İngiltərə "Brentford"una keçib.