Eriksen Danimarka millisinin məşqinə qatılıb
Milli komandalar

Eriksen Danimarka millisinin məşqinə qatılıb

  • 2021-06-26

Danimarka millisinin futbolçusu Kristian Eriksen Avro-2020-nin 1/8 finalında Uelslə oyun öncəsi yığmaya dəstək olub.

"İnter"in yarımmüdafiəçisi millinin məşqini izləyib.

Yığmanın qapıçısı Kasper Şmeyhel oyunçuların Erikseni görməkdən məmnun olduğunu deyib: "Onu real həyatda görmək və hər şeyin yaxşı olduğundan əmin olmaq həqiqətən vacib idi. Düşünürəm ki, futbolçuların çoxuna Kristianı görmək çox kömək etdi".

Xatırladaq ki, Avro-2020-nin B qrupunda iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Kristien Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunmuşdu.